AZ

Argentina prezidentinin iti klonlaşdırılıbmış

Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileyin iti Konanı klonlaşdırdığı məlum olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, köpəyi Konanın hüceyrələrini ABŞ-ın PerPETuate klonlama şirkətinə göndərən Miley klonlaşdırma nəticəsində 5 bala sahibi olub . Miley beş baladan birinə Konan adını verib. Digər dördünə isə heyran olduğu iqtisadçıların - Milton Fridman, Murray Rothbard, Robert və Lukasın adlarını verib.

Miley deyir ki, 2017-ci ildə qondarma qəhrəman Konan Barbarın şərəfinə adlandırdığı çoban iti Konanın ölümü ona çox təsir edib:

"Həyatımda çox pis anlar yaşadım və yanımda olan yeganə insanlar bacım və Konan idi. Miley bir vasitənin köməyi ilə ölü və diri - bütün itləri ilə ünsiyyət qurduğunu iddia edir.

"Dəli adlandırılmaqla bağlı nə fikirləşirsiniz" sualına Miley, "Dahi ilə dəli arasındakı fərq uğurdur" cavabını verib. İfrat sağçı siyasətçi noyabrın 19-da keçirilən seçkilərdən sonra Argentinanın prezidenti seçilib .

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
22
milli.az

10Mənbələr