AZ

“Clarin”: Argentinanın yeni Prezidentinin əsasında beş itin şəkli təsvir edilib

Argentina Prezidenti Xavyer Miley andiçmə mərasimi zamanı sələfindən hakimiyyətin simvollarından biri olan əsa alıb. Əsada Argentina liderinə məxsus beş it təsvir olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Clarin” nəşri yazıb.

Nəşr qeyd edir ki,"bazar günü Mileyin qaldırdığı əsada beş itin rəsmi var".

Əsaya həmçinin itlərin adları da yazılıb. Miley özü itlərin ən yaxşı dostu olduğunu və onları uşaqları adlandırdığını etiraf edir. O, seçkilərdə qalib gəldiklərinə görə təşəkkürünü bildirib. Bütün itlər məşhur iqtisadçıların adlarını daşıyır.

Miley haqqında kitab yazan Xuan Luis Qonzalezin sözlərinə görə, bütün balalar “Konan” adlı itin klonlarıdır. Bu it Mileyi uzun illər müşayiət edib, sadiq yol yoldaşı idi və onun həyatına sevinc qatıb. “Konan” 2017-ci ildə ölüb və Miley onu klonlaşdırmaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
319
2
ikisahil.az

10Mənbələr