AZ

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəyə start verib


"SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin yeni layihəyə start verib. "Təhlükəsizlik məktəbi”gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili adlı layihə Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi ilə həyata keçirilir. 
Layihə çərçivəsində təqdim olunan "YOLÜSTÜ” veriliş 04 dekabr 2023-cü il tarixindən həftə içi 5 gün  ARAZ FM radioda dinləyə bilərsiz. Verilişin məqsədi: istər sükan arxasında olan sürücülərin və nəqliyyatdan istifadə edən sərnişinlərin, istərsə də evdə radioya qulaq asan bütün auditoriyaya maarifləndirici məlumatların ötürülməsidir.
Müzakirələr zamanı istənilən dinləyicinin canlı efirdə fikir bildirmə haqqı var ki, bu da verilişin daha çox dinlənilən olmasına səbəb olur. Çünki müasir cəmiyyətdəki informasiya çoxluğunda hər kəs öz fikrini bildirmək üçün müəyyən bir auditoriya həvəsindədir (whats app +994998001033)
       Nəzərinizə çatdırmaq istərdik ki, radioda yayımlanan "YOLÜSTÜ”  verilişi  nəinki dinləmək, facebookdan canlı olaraq da  http://www.facebook.com/arazfm.az/  ünvanından izləyə bilərsiniz.

Qeyd edək ki, təşkilatın bu istiqamətdə birinci təcrübəsi deyil. Layihənin əsas məqsədi Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə daha çox diqqətin ayrılması, effektiv təbliğat kampaniyasının hazırlanması və həyata keçirilməsidir.
 
 




Seçilən
340
50
Mənbələr
Şərh ()
Bağla