AZ

Türkiyədə Quranı cıran şəxs saxlanıldı - VİDEO

Türkiyənin Şırnak rayonunda 34 yaşlı kişi qubernatorluq binasının qarşısında Qurani-Kərimi cıraraq söyüş söyüb. 

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, ətrafındakılar tərəfindən linç edilmək istəyən şəxs zirehli maşınla polis tərəfindən saxlanılıb. 

Hakim qarşısına çıxan cinayətkar ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və alçaltmaqda ittiham edilib. 

İfadəsindən sonra məhkəməyə sövq edilən şəxs hakimin qərarı ilə həbsxanaya göndərilib.

Onun 12 cinayət törətdiyi və narkotik aludəçisi olduğu bildirilib. 

Xatırladaq ki, daha əvvəl İsveç, Danimarka və Almaniyada Quran yandırılıb.

Günay

Seçilən
604
50
olke.az

10Mənbələr