AZ

RUSİYA ORDUSUNUN DAHA BİR HƏRBİ CİNAYƏTİ – VİDEO

Əsirlərdən canlı qalxan kimi istifadə olunur

Ukraynanın Buça və İrpen şəhərlərində törədilən insanlığa qarşı ağır hərbi cinayətlərdən sonra Rusiya ordusunun hansı “qəhrəmanlıqlara” qadir olduğu bütün dünyaya məlum oldu. Lakin Rusiya hərbi komandirləri bununla qane olmurlar və getdikcə daha yeni cinayət növləri icad etməkdə davam edirlər.

Ulusal.az xəbər verir ki, “Azadlıq Radiosu” Rusiya ordusunun daha bir hərbi cinayətini əks etdirən videogörüntülər yayımlayıb. Drondan çəkilmiş videoda Rusiya Ordusundan olan bir qrup hərbi cinayətkarın üç ukraynalı əsirin arxasında gizlənərək, Ukrayna ordusunun mövqelərinə doğru hərəkət etdikləri və atəş açdıqları görünür. Bu görüntülər “Azadlıq Radiosu”na Rabotino yaxınlığında döyüşən Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən daxil olub.Kadrların birində ukraynalı əsirin yerdə hərəkətsiz uzandığı görünür. Ukraynalı döyüşçünün taleyi hələlik məlum olmasa da, onun böyük ehtimalla qətlə yetirildiyi güman edilir.

Ukrayna Ombudsmanı Dmitri Lubinets qeyd edib ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının kobudcasına pozulmasıdır: “Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatlarda iştirak etmək üçün hərbi əsirlərdən istifadə etmək qadağandır.Yəni, hərbi əsir rəsmi status aldıqdan sonra xüsusi yaradılmış hərbi əsir düşərgəsində yerləşdirilməli, hərbi əməliyyatlardan uzaq olmalı, mübadilə prosedurunu gözləməlidir”.

Qeyd edək ki, bu günlərdə rus hərbçilərin daha bir cinayətini əks etdirən kadrlar yayımlanıb. “DeepState” kanalı bir qrup işğalçı əsgərin təslim olaraq səngərdən çıxarkən iki ukraynalı hərbçini güllələdiyini əks etdirən video yayımlayıb. Videoda əsgərlərdən birinin əllərinin başının arxasında olduğu görünür.“AzPolitika.info”

VİDEO bu linkdə: https://www.unian.net/war/okkupanty-prikryvalis-vo…

Seçilən
639
50
moderator.az

10Mənbələr