AZ

Rusiyada müstəntiq işini araşdırdığı oğru qızı yenə oğurluq üstündə tutdu - VİDEO

Rusiyanın Krasnoyarsk diyarında müstəntiq oğurluq üzrə işini araşdırdığı oğru qızı təsadüfən oğurluq üstündə tutub.

Polis əməkdaşı hipermarketə gedib və qəfildən marketin bağlanmaqda olan qapılarının altından maskalı bir qızın çıxdığını görüb. Müstəntiq onu dərhal tanıyıb. Belə ki, qız onun oğurluq maddəsi üzrə işini araşdırdığı 21 yaşlı Nastya olub.

Oğru qız müstəntiqi razı salmağa çalışıb ki, onu buraxsın.

“Onsuz da sabah məni həbs edəcəklər”, - deyə qız buraxılmasını xahiş edib.

Lakin DİN əməkdaşı bununla razılaşmayıb və qızın girdiyi mağazanın sahibini gözləyib, həmçinin həmkarlarına zəng edib.

Mənbə: “Baza” “Telegram”

Seçilən
686
50
oxu.az

10Mənbələr