AZ

Pol Merson: “Liverpul” “Mançester Yunayted”i parçalayacaq”

Futbol mütəxəssisi Pol Merson Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted”in “Liverpul”la qarşılaşması haqda təxminini bildirib.

Arena.az onun bu barədə fikirlərini təqdim edir:

“Mən “Liverpul”un onları darmadağın edəcəyini gözləyirəm, ona görə də evdə 3:0 hesablı qələbəni təxmin edirəm. “Mançester Yunayted”dən heç nə gözləmirəm, çünki onlar bu mövsüm kifayət qədər yaxşı oynamayıblar. Digər tərəfdən, “Liverpul” liqanın lideridir. Bayram ərəfəsindəki dövrdə, oyunların sıx və sürətli getdiyi bir vaxtda, xüsusən də üfüqdə “Arsenal”la oyunun yaxınlaşdığını nəzərə alaraq, sadəcə, qalib gəlmək lazımdır”, Pol Merson bildirib.

Xatırladaq ki, İngiltərə çempionatının 17-ci turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Liverpul”la qarşılaşacaq. Oyunun baş hakimi Maykl Oliver olacaq.

Hazırda “Liverpul” 37 xalla Premyer Liqanın lideridir. “Mançester Yunayted” isə 27 xalla 6-cı pillədə qərarlaşıb.

İngiltərə futbol ictimaiyyəti “Liverpul”u aşkar favorit qəbul edir. Yurgen Klopun yetirmələri mövsümdə daha inamlı təsir bağışlayırlar. Erik ten Haqın “qırmızı şeytanlar”ı isə klub tarixinin ən ziddiyətli dövrünü yaşayırlar. Cari mövsümdə “Mançeter Yunayted” tarixi antirekordlarla imza atıb və UEFA Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Seçilən
420
46
arena.az

10Mənbələr