AZ

Unai Emeri “Mançester Yunayted”ə acı məğlubiyyətdən danışdı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 19-cu turunda “Mançester Yunayted”ə məğlubiyyətini (2:3) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu, fantastik 60 dəqiqə idi, fantastik idi. Oyuna nəzarət etdik və çox yaxşı oynadıq. Birinci hissədən sonra paltardəyişmə otağında dedik ki, bir qol vursalar, geri dönüş ola bilər. Çox yaxşı mübarizə apardıq.

“Mançester Yunayted” 20 dəqiqə ərzində üç qol vurdu. Bu, onların ən yaxşı anı idi, onlar əla oyunçuları olan çox yaxşı komandadır. Biz bununla barışmalıyıq və indi yeganə məqsədim Şənbə günü “Börnli” ilə mövsümün ikinci yarısına başlamaqdır”, deyə Unai Emeri bildirib.

Xatırladaq ki, oyunun gedişində 0:2 hesabı geridə olan “qırmızı şeytanlar” əzmkar çevrilişlə 3:2 hesablı qələbə qazanıblar.

Premyer Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Aston Villa” 39 xalla 3-cü pillədədir. “Mançester Yunayted” 31 xalla 6-cı pillədə yer alıb. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal” 40 xalla 2-ci pillədədir və potensial lider statusundadır. Göründüyü kimi, çempionluğa oynayan Unai Emerinin yetirmələri 3 vacib xaldan məhrum olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
404
22
arena.az

10Mənbələr