AZ

Ermənistan üçün Qarabağ məsələsi bitməyib? – Əcnəbi ekspertlər şərh etdi

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Polşanın baş naziri seçilməsi münasibətilə Donald Tuska təbrik məktubu göndərib. Mətndə nəinki Polşa siyasətçisi arasında çaşqınlığa səbəb ola biləcək gözlənilməz bir keçid olmasaydı, hər şey yaxşı olardı. Giriş təbrikindən sonra qəfildən aşağıdakı sözlər gəlir: “...Sizə 17 oktyabr 2020-ci il tarixində yazdığım sonuncu məktubum Avropada tanınmış aparıcı siyasətçi kimi ictimai və qeyri-ictimai müdaxilənizlə bağlı xahişim oldu. Erməni xalqını Vətənimin bir hissəsində- Dağlıq Qarabağda məhv olmaqdan xilas etməklə bağlı. Təəssüf ki, qabaqcadan gördüyüm böyük faciə baş verdi: 21-ci əsrdə sivil bəşəriyyətin gözü qarşısında Qarabağdakı erməni xalqı Azərbaycan tərəfindən etnik təmizləməyə məruz qaldı və bu da ermənifobiyanı dövlət siyasətinə çevirdi. Yüz əlli min ermənidən heç biri öz evində qalmadı. Amma bizim fikrimizcə, problem həll olunmayıb- sadəcə olaraq, belə həll oluna bilməz və Ermənistan Qarabağının səhifəsi bağlanmayıb”. Sonra yenə təbriklər və arzular gəlir.Açıq desək, Sarkisyanın bu qəribə şikayəti ilə Tuskdan nəyə nail olmağa çalışdığı o qədər də aydın deyil. Yəni, Tusk neyləsin, Azərbaycana müharibə elan etsin?Eyni zamanda, onun əvvəlki hökumətdəki yaxın müttəfiqi, keçmiş müdafiə naziri, hazırda “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan da Milli Assambleyada keçirdiyi brifinqdə fərqlənib. Dekabrın 13-də o da “Qarabağ münaqişəsi bitməyib” dedi. Onun sözlərinə görə, “Dağlıq Qarabağ regionda faktor olub və subyektivliyi qorumaq üçün, o cümlədən Qarabağ ermənilərinin öz tarixi vətənlərinə qayıtmasına şərait yaratmaq üçün onun bütün institutları mövcud olmağa davam etməlidir”.Xeyr, heç kim Qarabağ ermənilərinin qaytarılması ilə bağlı mübahisə etmir, üstəlik, rəsmi Bakı Yerevandan fərqli olaraq, onları buna çağırır. Bəs istefada olan nazir hansı məqsədlə “Qarabağ münaqişəsinin bitmədiyini” bəyan edir? Sarkisyan və Ohanyanın bu çıxışlarının arxasında nə dayanır? Axı onlar başa düşə bilmirlər ki, belə vəziyyətdə heç kim Azərbaycana qarşı heç nə etməyəcək? Üstəlik, bunun üçün heç bir əsas yoxdur.Məsələ ilə bağlı tanınmış xarici ekspertlər “Caliber” analitik mərkəzinə fikirlərini bölüşüblər. Ekspertlərin şərhini oxucularımıza təqdim edirik.Polşalı politoloq, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin elmlər doktoru Konrad Zaştovtun qeyd etdiyi kimi, suallar çox maraqlıdır.“Düşünürəm ki, Tusk və Sarkisyanın keçmiş Polşanın baş naziri, sonuncunun isə Ermənistan prezidenti olduğu dövrlərdən əlaqələri var. Yəni 10-12 il əvvəl. Tusk daha sonra Ermənistana səfər edib”,- o xatırladıb.Amma hələ də qəribədir ki, “Qarabağ klanı” adlandırılan siyasətçi Sarkisyan Polşa ilə əlaqələrdən istifadə etməyə çalışır,- Zaştovt çaşqındır.“Sarkisyan və Köçəryan həmişə Rusiyayönlü siyasətçi olublar. Lakin hazırda Polşanın yeni hökuməti var, onun üçün Cənubi Qafqaz xarici siyasətdə prioritet deyil. Baxmayaraq ki, çox güman ki, Varşavanın Ermənistanın hazırkı hakimiyyəti ilə, yəni Paşinyanla yaxşı münasibətlər saxlayacağını gözləmək olar”, - şərqşünas hesab edir.Polşalı analitik, Torun Nikolay Kopernik Universitetinin Siyasi Elmlər və Beynəlxalq Tədqiqatlar Fakültəsinin professoru Roman Bakker öz növbəsində bildirib ki, onların ölkəsində yeni hökumət yalnız bir gün əvvəl formalaşıb, ona görə də Polşanın xarici siyasətinin təfərrüatları məlum deyil.“Hazırda Polşa üçün ən vacib məsələlər Avropa İttifaqı və Ukrayna ilə münasibətlərdir. Mən gözləmirəm ki, hakim koalisiyanın başqa məsələlərlə məşğul olmaq üçün vaxtı olacaq”,- deyə o, Sarkisyanın müraciətinə istinadən qeyd edib. Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolosun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Donald Tuska daha əvvəl, onun Avropa Şurasının sədri olduğu dövrdə də müraciət etdiyi açıq-aydın görünür.“Bu müraciətdə sadəcə təklif olub, yoxsa ən azı kiməsə çatması üçün ümidsiz cəhd olub-olmadığını söyləmək çətindir. Lakin, təbii ki, Sarkisyan üçün həmin yazışma faktı əhəmiyyətli görünürdü və o, bunu xatırlatmaq qərarına gəlib. Amma o vaxtlar keçmişdir. O vaxtdan bəri çox şey baş verib- Qarabağ münaqişəsi başa çatıb, ölkələr sülh və sərhədlərlə bağlı birbaşa danışıqlar aparır”,- ekspert qeyd edib.Eyni zamanda o, Polşanın hazırkı baş nazirinin Qarabağ məsələsindən başqa işi olduğuna da əmindir. Üstəlik, Ermənistanda və Azərbaycanda Donald Tuskun lazım gələrsə, əlaqə saxlaya biləcəyi legitim hökumət var.“Beləliklə, Polşa, əksər Mərkəzi Avropa dövlətlərindən fərqli olaraq, həqiqətən şərq siyasətinə malikdir və digər məsələlərlə yanaşı, Cənubi Qafqaz da onun xüsusi diqqət mərkəzindədir. Hörmətli Polşa baş nazirinin yerinə cavab verə bilmərəm, amma nədənsə əminəm ki, bu məktuba hipotetik cavabda o, keçmiş və indiki Ermənistan hakimiyyətinə Rusiyanın təsirindən mümkün qədər tez qurtulmağı tövsiyə edə bilər”,- Semivolos yekunlaşdırıb. Tərcümə - Elçin Bayramlı Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
446
50
sesqazeti.az

10Mənbələr