AZ

Kennedidən Qarabağ sərsəmləməsi: Qonşu ölkələr Ermənistana liman verməlidirlər

ABŞ hökuməti beynəlxalq ictimaiyyəti Qarabağ ermənilərinin öz ata-baba yurdlarına təhlükəsiz qayıdışını təmin etmək və öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq üçün addımlar atmağa səfərbər etməlidir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizədliyini açıqlayan kiçik Robert Kennedi “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

"Bu, dinc sanksiyaların işə yaraya biləcəyi bir vəziyyətdir. Birləşmiş Ştatların bu regionda hələ də təsir rıçaqları var və o, bu gücdən istifadə edərək, bu humanitar faciənin öhdəsindən gəlmək üçün bu bölgədəki bütün xalqları səfərbər edə bilər. Biz həm də münaqişənin həlli, Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadasının aradan qaldırılması yollarını axtarmalıyıq. Ermənistan dənizə çıxışı olmayan ölkədir və qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”, - amerikalı siyasətçi deyib.

Tural

Seçilən
323
50
publika.az

10Mənbələr