AZ

“İnşaatçılar” metrosunun ətrafı bazara çevirilib (FOTO)

Yasamal rayon, “İnşaatçılar” metrosunun dörd bir yanı bazara çevirilib.

Ərazidə yaşayan sakinlər Qaynarinfo-ya bildirib ki, metronun bütün çıxış hissəsələrində bu cür ticarət köşkləri qoyularaq, meyvə-tərəvəz satışı həyata keçirilir.

Nəticədə bu, insanların maneəsiz hərəkətinə problem yaradır. Bu azmış kimi dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsinə təsir göstərir.
Digər bir tərəfdən axşamlar isə ərazi yığışdırılmasa, üfünət iyindən keçmək olmur.

Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə, Əsəd Əhmədov küçəsində də eyni problemlər yaşanır.

Qeyd edək ki, son bir ildə Qaynarinfo-da sözügedən məsələ ilə bağlı bir neçə dəfə material yayımlamışıq. Yasamal İcra Hakimiyyəti guya reyd keçirib, ərazilərin təmizlənməsi ilə bağlı məlumat yayaraq, işini bitmiş hesab edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
302
3
tribunainfo.az

10Mənbələr