Yasamal rayon, “İnşaatçılar” metrosunun dörd bir yanı bazara çevirilib.
NOCOMMENT.az xəbər verir ki, Ərazidə yaşayan sakinlər Qaynarinfo-ya bildirib ki, metronun bütün çıxış hissəsələrində bu cür ticarət köşkləri qoyularaq, meyvə-tərəvəz satışı həyata keçirilir.
Nəticədə bu, insanların maneəsiz hərəkətinə problem yaradır. Bu azmış kimi dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsinə təsir göstərir.
Digər bir tərəfdən axşamlar isə ərazi yığışdırılmasa, üfünət iyindən keçmək olmur.
Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə, Əsəd Əhmədov küçəsində də eyni problemlər yaşanır.