AZ

Fransanın ermənipərəst mövqeyinin arxasında nə dayanır? - Fransız politoloqla ÖZƏL MÜZAKİRƏ

Fransa son dövrlərdə Cənubi Qafqaz regionunda Azərbaycan və Ermənistanla münasibətlərində İrəvan hökümətinin tərəfini tutur. Lakin 30 illik işğal dövründə ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə vasitəçi rolunu oynayıb. Xüsusilə Ermənistanın əvvəllər tutduğu qeyri-legitim mövqeyi nəzərə alsaq, bu qəfil keçidi necə izah etmək olar? Burada din faktorunu da qeyd etmək olarmı?
Ednews – a açıqlamasında fransız politoloq və Beynəlxalq Sosial Elmlər Tədqiqatları və Düşüncələr Qrupunun (GERİSS) rəhbəri Dr. Naim Asas, Fransada mövcud erməni diasporunun Parisin regiona olan maraqlarına təsir göstərən əsas faktorlardan biri kimi vurğulayıb:
“Tarixən Cənubi Qafqaz regionunda vasitəçi olan Fransa son vaxtlar Ermənistana dəstəyini artırıb. Bu inkişafı bir neçə faktorla əlaqələndirmək olar. Fransada aktiv erməni diasporu ilə Fransa ilə Ermənistan arasında tarixi və mədəni əlaqələr danılmazdır. Lakin, şübhəsiz ki, bu keçidə son geosiyasi dinamikalar, xüsusən də Qarabağ bölgəsindəki münaqişələr təsir edib. Beləliklə, Fransa diplomatiyası regionda dəyişən reallıqlara uyğunlaşır, baxmayaraq ki, bu, xarici siyasət və böhranlara tarazlıq haqqında suallar doğurur”.
Ekspert hesab edir ki, Fransanın sekulyar dövlət olmasına rəğmən, ictimaiyyət arasında Ermənistana qarşı təsəvvür dini elementlərə görə formalaşır:
“Fransa dünyəvi dövlət kimi dini mülahizələrin xarici siyasətinə təsir etməsinə nəzəri cəhətdən imkan verməməlidir. Buna baxmayaraq, ictimai təsəvvürlərə dini elementlərin təsir göstərə biləcəyi danılmazdır. Xristian dövlət olan Ermənistan və böyük qismi müsəlman olan Azərbaycan fərqli dini mənsubiyyətləri təmsil edir ki, bu da fransız əhalisi arasında rəğbət və dəstəyə müəyyən şəkildə təsir göstərə bilər. Bu anlayış da Fransanın xarici siyasətinin müəyyən aspektlərinə dolayı təsir göstərə bilər”.
Politoloq Azərbaycan və Fransa arasındakı münasibətlərin normallaşması prosesinə Bakıda keçiriləcək “COP29” və Parisdə baş tutacaq 2024 Olimpiadasını da əsas gətirib:
“Anne Hidalqonun şərhləri diplomatik dialoq üçün COP29 və 2024-cü il Olimpiadası kimi beynəlxalq platformaların əhəmiyyətini vurğulayır. Bu tədbirlər daha az rəsmi qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır ki, bu da Fransa-Azərbaycan münasibətləri üçün möhkəm təməlin yaradılmasında həlledici rol oynaya bilər. Bu cür yanaşma Qafqazda davamlı sülhün təmin edilməsində faydalı ola bilər. Bu qarşılıqlı əlaqələrin uğuru, əsasən, hər iki ölkənin konstruktiv dialoqda iştirak etmək və bütün iştirakçı tərəflərin xeyrinə həll yollarını axtarmaq üçün qarşılıqlı istəyindən asılı olacaq”.
Pierre-Arman Dupont

Seçilən
251
49
ednews.net

10Mənbələr