AZ

Fransız əsgərləri Nigerdə çıxarılıb

Hərbçilərin Nigerdə ​​hakimiyyəti ələ keçirməsindən sonra Fransaya qarşı gərginlik günbəgün artıb, nəticədə Paris əsgərlərini bu ölkədən geri çəkməyə məcbur olub. Bizimyol.info xəbər verir ki, Nigerdə ​​xidmət edən 1500 əsgərdən əvvəcə 1346-sı artıq Fransaya qayıdıb, qalan 154 əsgər isə bu gün ölkəni tərk edib. Fransız əsgərləri paytaxt Niameydəki Fransa hərbi bazasını təntənəli mərasimlə Niger səlahiyyətlilərinə təhvil verib. Fransız əsgərlərinin gedişini qeyd etmək istəyən nigeriyalılar da hərbi bazaya toplaşaraq bu hadisəni bayram ediblər. Digər tərəfdən, Fransanın Niameydəki səfirliyi dekabrın 22-dən etibarən "Niger səlahiyyətlilərinin məhdudiyyətləri səbəbindən öz diplomatik vəzifələrini yerinə yetirə bilməməsi"nə görə bağlanıb. İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən yerli hərbi hökumət Fransanın Niameydəki səfiri Silvain İteyə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt verib, lakin səfir İtte fəaliyyət məhdudiyyəti olsa da, ölkəni tərk etməyib. Səfir İtte persona non-qrata elan edildikdən təxminən bir ay sonra, sentyabrın 27-də arzuolunmaz qonaq ölkə ərazisini tərk edib. Səfir böhranı ilə yanaşı, Nigerdəki hərbi idarə də Parislə hərbi əməkdaşlıq müqavilələrini də ləğv edib və Fransa əsgərlərinin ölkədən getməsini tələb edib. Fransa Nigeri tərk etdi, lakin ölkədə yüzlərlə Amerika hərbçiləri, eləcə də bir sıra İtalya və Almanya ordusunun əsgərləri qalmaqdadır. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
49
bizimyol.info

10Mənbələr