AZ

Podolyak ABŞ-ı tənqid atəşinə tutdu: "Konsert verəcəksiniz"

Podolyak: "Sonra deyəcəksiz, Ukraynalılar qətlə yetirilib, gəlin onlar üçün konsert verək"

Musavat.com xəbər verir ki, Podolyak hərbi yardımın gecikməsinə görə ABŞ-a etiraz edib. 

"Ukraynanın cəbhədəki hazırkı çətinlikləri Qərbin yavaş templə qərar verməsi və silahların kifayət qədər olmaması ilə bağlıdır. Rusiyanın qələbəsi ukraynalılar üçün milli fəlakət, Qərb ölkələri, xüsusən də ABŞ üçün rüsvayçılıq olardı", - Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak "The Times"a bildirib.

Podolyakın sözlərinə görə, Qərb demokratları Rusiyanın beynəlxalq təhlükəsizliyə yaratdığı təhlükəni hələ də tam başa düşə bilməyib. O, Putinin təkcə Ukraynada deyil, daha geniş mənada “demokratiyanın qanının daddığını” vurğulayıb.

“Ukraynaya silah tədarükü ilə bağlı qərar qəbul edilməsə, bütün ölkə onların gözü qarşısında parçalanacaq və siz hamınız ağlayaraq deyəcəksiniz: “Mən indi öz dövləti olmayan ukraynalılara çox təəssüf edirəm, çünki onlar öz ölkələrində qətlə yetiriliblər. Gəlin onlar üçün konsert təşkil edək”, - Podolyak bildirib. 

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
347
50
musavat.com

10Mənbələr

Şərh ()
Bağla