AZ

Rusiya və İran bankları arasında 6.5 milyardlıq RAZILAŞMA

Rusiyanın "Sberbank" və İranın "Bank Melli İran" bankları 6,5 milyard rubl dəyərində kredit xətləri açmağa razılaşıblar.

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu, Aİİ ölkələri ilə İran arasında dekabrın 25-də bağlanmış saziş çərçivəsində baş tutub.

Banklar arasında razılaşma İrandan Rusiyaya mal ixracını stimullaşdıracaq. Razılıq İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzinin dekabrın 26-da Moskvaya səfəri zamanı əldə olunub. İran tənzimləyicisinin mətbuat xidməti xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüşdə tərəflər maliyyə-bank əməkdaşlığının inkişaf etdirilməsi və ölkələr arasında hesablaşmaların milli valyutalarda aparılmasına dair sazişin yekunlaşdırılması məsələlərini müzakirə ediblər.

Görüşdə İranın “Bank Melli İran” və “Bank Sepah” banklarının rəhbərləri də iştirak edib. Qeyd olunur ki, görüşdən sonra “Bank Sepah” Rusiyada 17 milyon avro məbləğində ilk akkreditiv açıb.

Dekabrın 25-də İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında azad ticarət zonası haqqında saziş bağlanıb. Bu, 2019-cu ildən qüvvədə olan müvəqqəti müqaviləni əvəz edib. Yeni müqavilə malların 90%-i üçün idxal rüsumlarını ləğv edir. Qeyd olunur ki, müvəqqəti razılaşma yalnız kənd təsərrüfatı və sənaye məhsulları ilə məhdudlaşıb. Saziş qarşılıqlı dövriyyənin 2019-cu ildəki 2,4 milyard dollardan 2022-ci ildə 6,2 milyard dollara çatdırılmasına imkan verib.

"Cebhe.info"

Seçilən
366
1
cebheinfo.az

10Mənbələr