AZ

Qadınları razı salmaq çətindir

Məlum olduğu kimi, Böyük Britaniyaçox azad, liberal bir ölkədir, burda hər şeyi almaq və satmaq olar. Pulun varsa, tarixi eksponatlardan tutmuş, adalara, qraflıqlara qədər, nəyi istəyirsən al, hara istəyirsən, apar.

Bu ölkədə, demək olar ki, kömrük qadağası yoxdur, istəyirsən Londonda Biq Ben saat qülləsini (Moskvanın simvolu Kreml, Bakının simvolu Qız Qalası olduğu kimi, Londonun da simvolu Biq Bendir) al və Azərbaycana gətir. Bu ölkədə satılmayan bir insan idi, deyəsən onu da satmağa başlayıblar. Pulun varsa, kimi istəyirsən al, hara istəyirsən apar...

Deyirlər 2023-cü ilin dekabrında (hazırda yerli tele-kanallarda reklamı gedir) Londonda yeni bir yarmarka açılıb, burda qadınlar özlərinə həyat yoldaşı çeçə (yani, ala) bilərlər. Yarmarkanın girişində böyük bir reklam lövhəsi vurulub. Burda gecələr işıqlanan böyük hərflərlə yazılıb:

1.Hörmətli qadınlar, siz hərəniz bizim yarmarkaya ancaq bir dəfə baş çəkə bilərsiniz...

2.Yarmarkamız 7 mərtəbəlidir, mərtəbədən mərtəbəyə qalxdıqca, təklif olunan kişilərin keyfiyyəti və qiyməti artır, yaşı və sayı isə azalır...

3.Siz istədiyiniz mərtəbədə istədiyiniz kişini seçib ala, yaxud da yuxarı qalxa bilərsiniz.

4. Siz ancaq yuxarı qalxa bilərsiniz, geri qayıtmağa, yəni aşağı düşməyə icazə verilmir...

Deməli, Moskvadan Londona Yeni il səfərinə gələn orta yaşlı, imkanlı, yaraşıqlı bir qadın bu reklam lövhəsini görür və ürəkdən sevinir. Necə deyərlər, istədiyim yar idi, yetirdi Pərvərdigar...

1-ci mərtəbədə yazılan "Burda yalnız işi olan kişilərdir" lövhəsini oxuyan dadın dayanmada 2-yə qalxır.

2-ci mərtəbədə olan lövhə: "Burda işi olan və uşaqları sevən kişilərdir"... Qadın 3-ə qalxır.

3-cü mərtəbədə olan lövhə: "Burda işi olan, yaraşıqlı və uşaqları sevən kişilərdir"... Qadın ləngimədən 4-ə qalxır.

4-cü mərtəbədə olan lövhə: "Burda işi olan, yaraşıqlı, uşaqları sevən və evdə qadınlara kömək edən kişilərdir"... Qadın bir dəqiqəlik dayanır, amma 5-ə qalxır.

5-ci mərtəbədə olan lövhə: "Burda biznesi olan, varlı, çox yaraşıqlı, uşaqları sevən və evdə qadınlara kömək edən kişilərdir"...

Qadın ayaq saxlayır, sevinclə gülümsıyir: "Burda dayanmaq, bu kişilərdən birini almaq lazımdır. Podruqalarım mənə qibtə edəcək, yanıb töküləcək"... Amma maraq ona güc gəlir və 6-ya qlxır. 6-cı mərtəbədə lövhə: "Burda özəl biznesi olan, çox varlı və yaraşıqlı, uşaqları sevən, evdə qadınlara kömək edən, səyahət etməyi sevən romantik kişilərdir"...

Qadın dayanır, lövhənin yanında qoyulmuş skamyada oturur, xəyala dalır: "Bu mərtəbədə dayanmaq, bu kişilərə baxmaq, neçəyə olursa-olsun, onlardan birini, ən cavanını, ən yaxşısını almaq lazımdır. Moskvada podruqalarımın paxıllıqdan ürəyi partlayacaq"... Amma tamah ona güc gəlir (öz-özünə deyir ki, 7 daha uğurlu rəqəmdir) və 7-yə qalxır…

7-ci mərtəbədə lövhə: "Siz bu mərtəbədə 70 007-ci qadınsız. 7-ci mərtəbədə kişi yoxdur, bu mərtəbə bir daha göstərir ki, qadınları razı salmaq çətin məsələdir"...

(Pritça)

Qalif Arif

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
visiontv.az

10Mənbələr