2023-cü ildə Avropada satılan elektromobillərlə bağlı maraqlı statistika ortaya çıxıb.
Hit.az xəbər verir ki, ötən il 100% elektrikli avtomobillərin ən çox satıldığı Avropa ölkəsi Almaniya olub.
Orada 469 min 565 elektromobil satılıb. İkinci sırada isə 260 min 864 avtomobillə Fransa qərarlaşıb. Keçən il ən çox elektrikli avtomobil satan üçüncü Avropa ölkəsi isə 103 min 330 ədədlə Fransa olub.
Ardınca 100 min 698 ədədlə İsveç, 86 min 623 ədədlə Belçika gəlir. Siyahının 6-cı sırasında isə 65 min 562 elektromobillə Türkiyə yer alıb. Qardaş ölkə İtaliya, İspaniya, Avstriya, Danimarka və Finlandiya kimi Avropa İttifaqına daxil olan ölkələri qabaqlamağa nail olub.
Pərviz