Bu gün Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun səsverməsi gözlənilir.
Bu barədə TRT və "Reuters"-in məlumatlarında qeyd edilib.
2023-cü ilin martında Finlandiyanın iştirakına səsvermədə heç bir siyasi partiya qrupu “xeyr” deyə səs vermədi. AKP, CHP, İYİ Partiya və MHP üzvlüyünü təsdiq edərkən, HDP, TİP, BBP, DEVA, DP və ZP səsvermədə iştirak etməyib.
Digər tərəfdən, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasında İYİ Partiyası və Səadət Partiyası İsveçin xeyrinə səs verib. Ancaq bu iki partiyanın yer sayı Baş Assambleyada 'xeyr' səsi üçün kafi deyil.
Həmçinin qeyd edək ki, Türkiyədən sonra Macarıstan da İsveçin üzvlüyünə razılıq verməlidir.