AZ

Pentaqonun başçısı xəstəxanadan evə buraxıldı

Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

 

"Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - bəyanatda bildirilir.

 

Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

 

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.

Seçilən
318
10
modern.az

10Mənbələr