Ukrayna müdafiə naziri Rüstəm Umerov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tərəflər Ukraynada döyüş meydanında gedişatı və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 23-də keçiriləcək virtual görüşünü müzakirə ediblər. “Nazir Ostin bir daha təkrar etdi ki, ABŞ və alyansın 50-yə yaxın üzvü və tərəfdaşından ibarət koalisiyamız Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiqdirlər”, - o əlavə edib.