Paytaxtda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Mətbuat prospektində - BDU yataqxanalarının qarşıslnda baş verib. Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü yolayrıcında qaydaları pozaraq geriyə dönmək üçün manevr edib. Digər nəqliyyat vasitələrinə yol verdikdən sonra anidən hərəkətə başlayıb. Bu zaman diqqətsizlik etdiyi üçün piyada keçidindən keçən qadını görməyib və vurub. Sürücünün qəza zamanı anlaqsız vəziyyətdə olduğu bildirilir.
Qeyd edək ki, sürücü diqqətsizliyinə görə dəfələrlə piyadavurma hadisələri baş verib. Sürücülər yolu hər an diqqətdə saxlamalı və qaydalara əməl etməlidir. Görüntülərdə sözügedən sürücünün qadını vurduqdan sonra necə peşman olduğu aydın şəkildə əks olunub. Bu peşmanlıq dolu hərəkətlər isə ürək sızladır. Lakin sonrakı peşmanlığın heç bir faydası yoxdur. Odur ki, istər sürücü, istərsə də piyadalar yollarda hərəkət edərkən diqqətli olmağa məcburdur.
Ümid edirik ki, belə hadisələr insanlara dərs olar və bir də yollarda belə peşmanlıq dolu və ürək sızladan hadisələr baş verməz.
Məhəbbət Tərlanoğlu