AZ

Evə basqın edib ananı bıçaqladı, qızını öldürdü

Türkiyədə ana bıçaqlanıb, qızı öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Karabağlar qəsəbəsində baş verib. Suriya əsilli 30 yaşlı Levend M. pəncərənin şüşəsini qıraraq evə daxil olub. Burada o, 34 yaşlı Suzan E.-ni 7 bıçaq zərbəsi ilə yaralayıb.

Cinayətkar həmçinin Suzan E.-nin 12 yaşlı qızı Behiyeni də boğaz və sinəsindən yaralayaraq qaçıb. Hadisə yerə gələn təcili tibbi yardım həkimləri yaralıları xəstəxanaya aparıb. Lakin azyaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə Levend M. dostunun arvadı olan Suzan E. ilə sevgi münasibətləri yaşayıb. Qadın bu münasibəti bitirmək istədiyi üçün onların evinə daxil olaraq, məlum cinayəti törədib.

Hazırda araşdırma aparılır.

Seçilən
271
13
lent.az

10Mənbələr