AZ

Çində yataqxanada baş verən yanğında 13 nəfər ölüb

Çinin mərkəzində yerləşən Henan əyalətində məktəb yataqxanasında baş verən yanğın nəticəsində azı 13 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasına istinadən.

Hadisə Nanyanq şəhərində baş verib. Yanğınsöndürənlər cümə günü Pekin vaxtı ilə saat 23:00-da həyəcan siqnalı alıb və yanğın 38 dəqiqə ərzində söndürülüb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla