AZ

İndoneziyada avtobus aşıb - 2 nəfər ölüb, 16 nəfər yaralanıb

İndoneziyanın Mərkəzi Yava əyalətində avtobusun şosedən çıxaraq aşması nəticəsində azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin “Sinhua” agentliyi məlumat yayıb.

Qəza yerli vaxtla saat 12:30 radələrində Pemalanq bölgəsində baş verib.

Yerli polis sözçüsü Cakartadan Semaranqa gedən avtobusda ümumilikdə 26 nəfərin olduğunu açıqlayıb.

Polisin məlumatına əsasən, qəzada digər avtomobillər iştirak etməyib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Seçilən
174
6
Mənbələr
Şərh ()
Bağla