AZ

Adil Şükürov: "Narazı qaldığım məqamlar çoxdur"

Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havadə uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. "Turan Tovuz"un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk.

Publika.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 19-cu turunun "Turan Tovuz"la(2:1) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- "Kəpəz"in "Qarabağ"la matçdan sonra ev oyunlarını Bakıda keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə realdır?

- Bu barədə biz də mətbuatda oxumuşuq. Klub daxilində belə söhbət olnmayıb. Biz Gəncəyə yaxın bir yerdə oynamaq istəyirik.

- Mate Kvirkviya əvəzlənəndə narazı görünürdü. Bu, nə ilə bağlı idi?

- Hər futbolçu istəyir ki, 90 dəqiqə oynasın. Matenin narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq.

- Qələbəyə baxmayaraq, narazı qaldığınız məqamlar oldu?

Seçilən
140
6
publika.az

9Mənbələr