Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" daha bir modelini Avropa bazarına çıxaracaq.
Hit.az xəbər verir ki, "Casper" modelinin bu il Avropada satışa çıxması gözlənilir.
İndiyə kimi sadəcə Cənubi Koreyada satılan avtomobilin ilkin qiyməti isə 20 min avrodan başlayacaq. "Hyundai Casper" modelinin Avropa satışları üçün təqdimatının ilin üçüncü rübündə keçirilməsi gözlənilir. Avtomobillərin tədarükünün isə ilin sonu başlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, sözügedən model tamamilə elektrikli olacaq. "Casper" 3,595 mm uzunluğunda, 1,595 mm enindədir. Avtomobilin hündürlüyü isə 1,575 mmdir. Bu da onu "yüngül avtomobil" kateqoriyasında cəzbedici edir. "Hyundai Casper" modellərinin Cənubi Koreyada istehsal olunaraq Avropaya göndəriləcəyi bildirilib.
Pərviz