AZ

Türkiyə-Rusiya "ortaq bank" layihəsi ABŞ sanksiyalarına qarşı...

Image

Elçin Qurbanov: “Faktiki olaraq, Avropanın özü də Rusiya ilə əlaqələr saxlayır, oradan əmtəə, qaz, neft, meşə və metal məhsulları alırlar”

Dekabrın 22-dən etibarən şirkətlərin Rusiyadan Türkiyəyə pul köçürmələrində yaşanan ciddi problemin həlli üçün tərəflər intensiv səylərini davam etdirir.

Türkiyənin bank sektorundan olan mənbə bildirib ki, sanksiya təzyiqi nəticəsində ölkələr arasında ödəniş köçürmələrində yaranan problemlərin həlli məqsədilə iki ölkə rəsmi hakimiyyət orqanları arasında Rusiya-Türkiyə bankının yaradılması ilə bağlı danışıqlar aparılır. Qeyd edilir ki, Rusiya-Türkiyə bankının yaradılması variantı bundan əvvəl də müzakirə olunub. Agentliyin mənbəsi qeyd edib ki, bu, problemin həlli yolunda mühüm məqamlardan biridir, lakin hazırda bu məsələ ilə bağlı təfərrüatlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Türkiyə Ticarət Nazirliyinin Rusiyadan pul köçürmələrində problem yaşayan şirkətlərin siyahısını hazırladığı və bununla bağlı tədbir görüldüyü bildirilmişdi. Ancaq problemin böyük ölçüdə davam etdiyi və adi köçürmələrdə yoxlamaların ciddi şəkildə davam etdiyi bildirilir.

Türkiyə - Rusiya "ortaq bank" layihəsi ABŞ sanksiyalarına qarşı effektiv olacaqmı?

İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rəsmi Ankara ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi  birtərəfli sanksiyalara qoşulmur, lakin BMT sanksiyalarına riayət edir. Bunu Türkiyə rəsmiləri açıq şəkildə bəyan edib.

Bəzi türk bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və kart almaq istəyən şəxslər üçün tələbləri sərtləşdirib. Məlum olub ki, ölkənin maliyyə qurumları 2024-cü ilin əvvəlindən Rusiyadan ödənişlərin emalını qəfil dayandırmağa başlayıb. Rusiya şirkətlərinin hesabları 2022-ci ildə bağlanıb, lakin ABŞ prezidenti Co Baydenin dekabrın 22-də verdiyi fərmandan sonra bu tendensiya 2023-cü ilin sonunda pisləşməyə başlayıb.

Ölkənin bank sektorundakı mənbə belə tədbirlərin ABŞ sanksiyaları ilə bağlı olduğunu izah edib.

Hazırda qeydiyyatda olduğu ölkədən asılı olmayaraq, Rusiyada köklü korporativ müştərilərə xidmət artıq dayandırılıb.

Rusiya şirkətlərinə türk bankları ilə əməliyyatları tamamlamaq və hesabları bağlamaq tövsiyə edilib. Bu, ilk növbədə Türkiyədən ödənişlər və çatdırılmalar üçün tranzit ölkə kimi istifadə edən bizneslərə, eləcə də neft və qaz treyderlərinə aiddir.

Yanvarın 17-də Türkiyə bankları ABŞ-ın onlara qarşı sanksiyalarından qorxaraq Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıblar. Bu, həm müxbir münasibətlərinin kəsilməsi, həm də müqavilələrin rəsmi bağlanmadan ödənişlərin işlənməsinin dayandırılması demək idi. ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək risqi ilə əlaqədar Çin dövlət bankları da Rusiya müştəriləri ilə bağlı lazımi araşdırmaları gücləndiriblər. 

Faktiki olaraq, Avropanın özü də Rusiya ilə əlaqələr saxlayır. Oradan əmtəə, qaz, neft, meşə və metal məhsulları alırlar. Yəni Rusiya ilə bütün əlaqələri kəsməyiblər ki, digər ölkələrdən də bunu tələb etsinlər. İndiki məqamda Türkiyəyə sanksiya tətbiq etmək Türkiyəni Rusiyanın yanına itələməkdir. Qərbin isə belə bir arzusu ola bilməz. Sadəcə məsələ ondan ibarətdir ki, Türkiyə Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirir. Lakin rus turistlər gəlib Türkiyədə pul xərcləməkdə çətinliklərlə qarşılaşırlar, ödəniş edə bilmirlər. Ona görə də birgə bank yaradıb məsələni bu şəkildə tənzimləmələri başadüşüləndir. Çünki Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək yox, yaxşılaşdırmaq niyyətindədir. Rusiya-Türkiyə əlaqələrinin inkişaf etməsi Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən faydalıdır. Bu baxımdan da, iki ölkənin "ortaq bank" layihəsi ABŞ sanksiyalarına qarşı mübarizədə effektiv olacaq”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
178
39
baki-xeber.com

10Mənbələr