AZ

Aİ ölkələrinin Rusiya ilə 1 milyard avroluq neft ticarəti ortaya çıxdı- ödənişlər 3 ölkə üzərindən həyata keçirilib...

Image

Ötən il Avropa İttifaqı (Aİ) sanksiyalara baxmayaraq, Rusiyadan 1 milyard avro həcmində təmizlənmiş yanacaq idxal edib. “Politico” nəşri yazır ki, qeyri-hökumət təşkilatı “Global Witness”in dəniz məlumatlarını araşdıraraq əldə etdiyi nəticələrə görə, Aİ keçən il 35 milyon barrel Rusiya yanacağı alıb.

Qeyd edilir ki, Aİ sanksiyaları Rusiyadan bütün neft idxalını qadağan etsə də, ölkələr hələ də qanuni olaraq təmizlənmiş yanacaq ala bilərlər. Rusiyadan alınan yanacağın Hindistan, Bolqarıstan və Türkiyə üzərindən Avropaya göndərildiyi iddia edilib.

Araşdırmaya görə, Hindistan, Türkiyə və Bolqarıstandakı 7 neft emalı zavodu Moskvadan alınan xam nefti emal edərək Aİ ölkələrinə satıb. Avropaya gedən təmizlənmiş yanacağın üçdə ikisinin Hindistandakı neftayırma zavodları tərəfindən emal edildiyi iddia edilir.

Məsələyə münasibət bildirən Estoniya xarici işlər nazirinin müavini Erki Kodar Rusiyanın xam neftdən hasil edilən neft məhsullarını üçüncü ölkələr vasitəsilə Aİ-yə sataraq dolayı gəlir əldə etdiyini deyib. Kodar bildirib ki, Brüssel yeni bir qayda ilə  xarici neft emalı zavodlarından Rusiya nefti haqqında avropalı alıcıları məlumatlandırmağı tələb etməlidir. Bununla belə, dizelin qiymətində mümkün artımın və iqtisadi tənəzzül gözləntisinin Avropa Birliyinin belə bir addım atmasına mane olduğu bildirilir.

Brüssel 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Rusiyadan neft idxalına qadağa qoyub. Aİ ilə birlikdə hərəkət edən G7 ölkələri də qərara gəlib ki, Qərb nəqliyyat və sığorta xidmətlərindən istifadə edən bütün alıcılar Rusiya neftinin hər barreli üçün maksimum 60 dollar ödəyə bilərlər.

May ayında neft sanksiyalarının üçüncü ölkələr vasitəsilə yayındırıldığı iddiaları ilə bağlı açıqlama verən Aİ rəsmisi Josep Borrell bildirmişdi ki, Hindistanın Rusiya neftini emal edərək əldə etdiyi yanacağı alması Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin effektivliyinə xələl gətirir və sanksiyaları pozur.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
39
baki-xeber.com

10Mənbələr