AZ

ABŞ-də atışma: Ölən və yaralananlar var - FOTO

ABŞ-nin İndiana ştatının İndianapolis şəhərində atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.
 
Bu barədə şəhər polisindən məlumat verilib.
 
Hadisə “Waffle House” restoranlarından birində baş verib. Atəş açılması barədə xəbərdən sonra polis hadisə yerinə gəlib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın restoran müştəriləri arasında münaqişə nəticəsində baş verdiyini hesab edirlər.
 
Atışma nəticəsində yaralanan beş nəfər xəstəxanaya yerləşdirilib, daha bir nəfər isə özü tibb müəssisəsinə yetişə bilib. Yaralı qadın daha sonra xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
moderator.az

10Mənbələr