AZ

Xəstəxanada ilginç olay: Ölən qadın morqda dirildi

Öldüyü deyilərək morqa aparılan qadının bir anda dirçəlməsi xəstəxanada böyük çaxnaşma yaşanıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Qvatemalada baş verən hadisə eşidənləri təəccübləndirib.

Həkimlər ölkənin paytaxtı Qvatemaladakı San Juan de Dios xəstəxanasına aparılan adı açıqlanmayan gənc qadını təxminən 30 dəqiqə müalicə edib.
 
Lakin sonra gənc qadın ölüb.
 
Həkimlər onu da açıqlayıblar ki, \"ağır qidalanma pozğunluğu\" əlamətləri olan gənc qadın əvvəllər çoxlu qıcolmalar keçirib və serebral iflic keçirib. Onlar aparata qoşulan gənc qadının nəfəs alması və beyin fəaliyyətinin tapılmaması nəticəsində dünyasını dəyişdiyini bildiriblər.

Morqa aparılan qadın 5 saat sonra oyanıb. Bu vəziyyət xəstəxana işçilərini təşvişə salarkən, meyitxana işçiləri qadının sağ olduğunu göstərmək üçün cəsəd torbasında xəstəxananın ətrafına xərəkdə aparıblar.

Vəziyyətin meyitxanadakı patoloqların gənc qadının bədənində qeyri-ixtiyari hərəkətləri müşahidə etməsindən sonra reallaşdığı açıqlanıb. Gənc qadının yenidən təcili yardıma aparıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
50
azxeber.com

10Mənbələr