AZ

Günün qoroskopu: Bir çox problemlərin həlli üçün əlverişli zamandır

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.

Dostlarla təmaslar və romantik görüş yaxşı keçəcək.

Günün ikinci yarısında hər hansı iş alınmazsa, ruhdan düşməyin, pərişanlığa qatılmayın. Yaxınlarınızla münasibətlərdə güzəştə meylli olun. Belə davranış münaqişə və ixtilafların qarşısını alacaq.

Buğa - Rəvan olmayan, gərgin gündür. Mühüm qərarları müstəqil şəkildə, yaxın ətrafınızdakı insanların məsləhətlərinə əsaslanmadan, intuisiyanıza güvənərək qəbul etsəniz, yanlışlıqlara yol verməyəcəksiniz. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr, alış-veriş üçün əlverişli gün deyil.

Səfər və səyahət, ailə üzvləri, yaşlı qohumlarla istirahət üçün axşam saatları əlverişlidir. Sevdiyiniz insanla münasibətlərdə anlaşılmazlıq yarana bilər. Narahat olmayın, ciddi münaqişə yaranmayacaq.

Əkizlər - Bəxtə və uğura bel bağlamayın. Bu gün əldə edəcəyiniz hər şeyə görə qətiyyət, iradə və əzminizə minnətdar olmalısınız. Təhsil, informasiya, bilik və bacarıq əldə etmək üçün yaxşı gündür. Dünyagörüşünüzü artırın. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Cari işləri başa çatdırın.

Şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Yaranmış situasiyanı dürüst qiymətləndirin, doğru qərarlar qəbul edin, yaxınlarınızla ünsiyyətdə gərəkli sözləri deyin.

Sizinlə müqayisədə daha az həyat təcrübəsi olan insanlar sizdən yardım istəyəcəklər.

Xərçəng - Bir çox problemlərin həlli üçün əlverişli zamandır. İntizamlı, ciddi, xırdalıqlara və detallara diqqətli olun. Mühüm məsələni unutmayın. Aktual məsələlər və planları yaxınlarınızla müzakirə etmək olar. Yaxın perspektivə hesablanmış ideyaları təhlil edin. Bu gün yaranacaq tanışlıqlardan biri yaşamınızda mühüm rol oynaya bilər.

Yeni məqsədə çatmaq asan olmasa da, yeni təcrübə əldə edəcək, mövqelərinizi möhkəmləndirəcəksiniz. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlər üçün əlverişli zamandır.

Şir - Bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Sürətli, qətiyyətli, aktiv olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatın. İdeyalarınızı reallaşdırmaq üçün gərəkli insanları tapın. Alış-veriş üçün əlverişli zamandır. Amma bədxərclik etməyin.

Əla fiziki formada olun, çünki sizi qarşıda çətin məsələlərin çözümü gözləyir. İşlər çox olsa da, yorulmayacaq və özünüzü əla hiss edəcəksiniz. Dostlarla keçirilən vaxt sizə xoş emosiyalar bəxş edəcək. Romantik görüşün təəssüratları uzun zaman unudulmayacaq.

Qız - Əlverişli, münasib gündür. Müsbət təmayüllərin təsiri güclənir. Enerjinizi məntiqli istiqamətə yönəldin. Etibarlı müttəfiqlərə bel bağlaya bilərsiniz. Onlar sizə dəstək verəcək, məsləhətlərini əsirgəməyəcəklər.

Diqqət və enerjinizi sizə gərəkli istiqamətə yönəldin. İkinci dərəcəli məsələləri təxirə salın və ya başqasına həvalə edin.

İstək, niyyət, zəifliklərin əsiri olmayın. Mümkünsüzü tələb etməyin. Tənbəllik və ətalətin öhdəsindən nə qədər tez gəlsəniz, bir o qədər yaxşıdır. Nüfuzlu insanla görüş, mühüm hesab etdiyiniz istənilən məsələnin müzakirəsi üçün əlverişli zamandır.
Tərəzi - Karyeranızın inkişafının asılı ola biləcəyi insanlarla qeyri-formal şəraitdə ünsiyyətdən imtina etməyin. Belə şəraitdə qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. İncə zövqlü, əla tərbiyəli insan təsiri bağışlamağa çalışın. İctimai həyatda iştirak, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı zamandır. Diqqət mərkəzində olmağa çalışın.

Seçilən
175
50
publika.az

10Mənbələr