AZ

Günün qoroskopu: Qarşınızda çox yaxşı imkanlar açılacaq

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təhsil, habelə bilik və təcrübə əldə etmək üçün yaxşı gündür. Yeni informasiyanı sürətlə əxz edəcəksiniz. Faydalı məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranmayacaq. Qəfil təklif ala bilərsiniz. Həmin təklif sizi yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə sövq edə bilər.

Maliyyə məsələləri baxımından əlverişli zamandır.

Günün ikinci yarısında həddən artıq çalışaraq özünüzü yormayın. Yorğunluq səhhətinizə pis təsir edərək xroniki ağrıları "oyada" bilər.

Səfərdə və ya yolda mənasız riskə getməyin. Macəra və sərgüzəşt aramayın.

Buğa - yeni işlərə başlamaq olar. Bir şərtlə ki, aramla, tələsmədən, düşünülmüş şəkildə hərəkət edərək ehtiyatlı davranasınız. Yaşlı qohumlar və ya təcrübəli dostların məsləhətlərinə ehtiyacınız var. Onların sayəsində ciddi səhvdən qoruna bilərsiniz. Maliyyə məsələləri ilə bağlı qərarlar verməyin.

Günün ikinci yarısında səhhətdə problemin yaranması riski var. Zökəm və ya soyuqdəymə istisna olunmadığından profilaktiki tədbirlərə əl atın. Uzun gəzinti, yorucu fiziki iş məsləhət deyil.

Əkizlər - gün uğurlu alınacaq. Yeni işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Şərtlər əlverişlidir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kiçik anlaşılmazlıqlar yarana bilər. Sərt iradlar və aqressiv tənqidlərə varmayın.

Kiçik maliyə itkiləri ola bilər.

Günün ikinci yarısında fiziki işdə xeyir var. Özünüzü gümrah hiss edəcəksiniz. Çözümü mühüm olan problemin həllini tapacaqsınız. Gəlirlər azdır. Alış-verişdə bədxərclik etməyin.

Xərçəng - günün ilk yarısında önəmli görüş ola bilər. Diqqətli və sayıq daranmasanız, nəticə ürəkaçan olmayacaq. Yeni tanışlarda özünüzlə bağlı xoş rəy yaranır. İndiyədək sizə fikir verməyən insanda bu gün maraq yarada bilərsiniz.

Mebel, interyer əşyaları, məişət texnikası almaq üçün yaxşı gündür.

Günün ikinci yarısında yüngül ağrılar və kiçik travmalar ola bilər. Özünüzü qoruyun. Uzaq səfər, uzunmüddətli səyahət planlaşdırmayın. Belə macəra sizə neqativ emosiyalar verəcək.

Axşam saatlarında gəlir və ya qiymətli hədiyyə istisna deyil.

Şir - risk etmək olar. Uğursuzluq ehtimalı azdır. Ünsiyyət çevrəsi genişlənəcək, sizə faydalı ola biləcək adamlarla qarşılaşacaq və ya tanış olacaqsınız. Yeni romantik münasibət yaranarsa, harmonik olacaq, sizi sevindirəcək.

Ailə üzvlərinin qayğısına qalın.

Maliyyə durumu o qədər də yaxşı deyil. Pullar azdır və onları əldə etməyin yollarını bilmirsiniz. İzafi xərclərə yol verməyin. Nəzərdə tutduğunuz alış-verişi ertələyin.

Qız - gün kiçik çətinliklər və anlaşılmazlıqlardan xali olmasa da, ümumən pis deyil. Etibarlı dostlar və yaxınlarınız yardımlarını əsirgəməyəcəklər. Xelyi pozitiv emosiya alacaqsınız.

Başladığınız işi əsla yarımçıq qoymayın.

Sevdiyiniz insanla münasibətlərdə həssas olun. Münaqişəyə rəvac verməyin.

Səhhətinizin qeydinə qalın.

Seçilən
197
50
publika.az

10Mənbələr