AZ

Rus ordusu Ukraynada yeni ərazilər ələ keçirdi

Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Avdeyevka istiqamətində daha əhəmiyyətli mövqeləri tutmağa müvəffəq olub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

"Avdeyeva istiqamətində "Mərkəz" qoşun qrupunun bölmələri daha əlverişli xətt və mövqeləri tutdular" deyə general-leytenant cümə fevralın 29-da keçirdiyi brifinqdə vurğulayıb.

O, həmçinin Rusiya qoşunlarının "DXR"-in Berdıçi, Severnoye, Orlovka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının üç briqadasını məğlub etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir gün ərzində bu istiqamətdə Ukrayna Silahlı Qüvvələri 495-ə qədər hərbçi, 7 tank, 2 piyada döyüş maşını, həmçinin 4 zirehli döyüş maşını və 11 texnika itirib.

Zaur
BakuPost
Seçilən
184
22
bakupost.az

10Mənbələr