AZ

Naxçıvanda 21 il əvvəl qadın niyə ərini öldürərək quyuya atıb? - Təfərrüatlar

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

Hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub.

O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günüdə Məhəmməd Kərimov sərxoş halda evə gəlib. Bu zaman arvadı Həlimə Kərimova ona içki içdiyinə görə irad bildirib. Tərəflər arasında mübahisə yaranıb. Məhəmməd Kərimov arvadı Həlimə Kərimovanı döyərkən qadın həyətə qaçıb. Kişi onun dalınca qaçaraq tutmaq istəyərkən Həlimə Kərimova yerdən daş götürərək əri Məhəmməd Kərimovun baş nahiyəsinə bir neçə zərbə vuraraq onu qətlə yetirib. Daha sonra qadın ərinin meyitini quyuya ataraq basdırıb.

Bundan sonra Həlimə Kərimova bütün kəndə və qohumlara Məhəmməd Kərimovun Türkiyəyə işləməyə getdiyini və ondan xəbər almadıqlarını bildirib.

Qadının ərini qətlə yetirməsini bir özü və övladları bilib. 21 ildən sonra cinayətin üstünün açılmasına səbəb isə Həlimə Kərimovanın qızının həyat yoldaşından boşanması olub. Keçmiş kürəkən kənddə bir neçə şəxsə Məhəmməd Kərimovun arvadı tərəfindən öldürüldüyü ilə bağlı məlumat verib.

Bundan sonra prokurorluq və daxili işlər orqanların əməkdaşları tərəfindən cinayətin izinə düşülüb. Məlumat dərindən öyrənilib və hadisənin üstü açılıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Həlimə Kərimova barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. (APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
azpost.info

10Mənbələr