Uşağın qabiliyyətlərinin təxminən 70 faizi anadan ötürülür və onlar əsasən qadının qan qrupu ilə müəyyən edilir.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu araşdırmanı ABŞ-ın Stenford Universitetinin genetikləri aparıblar.
Onların işi müəyyən edib ki, birinci qan qrupu olan analar daha yüksək IQ-lu uşaq dünyaya gətirirlər.
Belə ki, birinci qan qrupu olan qadınların uşaqlarının intellekt səviyyəsi yüksəkdir. Bu, belə anaların hamilə qalmasının daha çətin olması ilə əlaqədardır ki, bu da daha keyfiyyətli embrionların təbii seçilməsinə səbəb olur. Onların uşaqları nəinki daha intellektli, həm də daha güclü immun sistemlərə malikdirlər və tez-tez daha yüksək səviyyəli hərəkət koordinasiyası nümayiş etdirirlər, yaradıcılıq və intellektual qabiliyyətlər də daxil olmaqla, müxtəlif istedadlara malikdirlər.
Ancaq dördüncü qrupa aid qadınlar ən çox idmançıları dünyaya gətirirlər, çünki bu qan "ən gənc" və ən nadir sayılır. Üçüncü qan qrupu olan anaların övladları daha yaradıcı inkişaf edir, uşaqları tez-tez rəssam və şair olurlar.