AZ

"Ukrayna-Rusiya müharibəsini bitirəcək” - Orban ona ümid edir

“Trampın yenidən prezident seçkilərində qalib gəlməsi Ukrayna-Rusiya müharibəsini bitirəcək”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban dünən axşam verdiyi açıqlamada deyib.

 

Trampın Ağ Evə qayıtma cəhdini uzun müddətdir dəstəkləyən millətçi Baş nazir Orban dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, Tramp Ukrayna-Rusiya müharibəsinə bir qəpik belə xərcləməyəcək və beləliklə, müharibə bitəcək. 

 

"Əgər amerikalılar və avropalılar pul və silah verməsələr, bu müharibə bitəcək. Çünki buna Ukraynanın təkbaşına dayana bilməyəcəyi aydındır. Ukrayna müharibəni təkbaşına maliyyələşdirə bilməz", - Orban əlavə edib.

 

Orban vurğulayıb ki, atəşkəsdən sonra danışıqlar yolu ilə sabit və təhlükəsiz Avropa yaratmaq lazımdır, lakin ilk növbədə sülh əldə edilməlidir və Tramp bunu bacara bilər.

 

Qeyd edək ki, Orban 2022-ci ildə Rusiya qüvvələri Ukraynanı işğal etdikdən sonra Kiyevə silah göndərməkdən imtina edib və Moskva ilə sıx iqtisadi əlaqələr yaradıb. Avropa İttifaqının Moskvanı təcrid etmək cəhdlərinə baxmayaraq, Orban sonuncu dəfə oktyabr ayında Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

 

Firuzə Əliyeva

 

Seçilən
212
9
sfera.az

10Mənbələr