AZ

Trampın kampaniyası Ukrayna ilə bağlı planı təkzib etdi

Donald Trampın seçki qərargahı bəzi KİV-lərdə eks-prezidentin Ukraynadakı münaqişəyə son qoymaq planları ilə bağlı yayılan məlumatları təkzib edib.
 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl bildirildiyi kimi, Donald Tramp Moskvanın bəzi ərazilərdən imtina da daxil olmaq şərtləri ilə razılaşaraq Kiyevi sülh danışıqlarına getməyə məcbur edəcəyini iddia edib.
 

Trampın seçki kampaniyası üzrə məsləhətçilərindən biri Ceyson Miller bu cür planların və bəyanatların mövcudluğunu təkzib edib.
 

Miller "The New York Post"a deyib: "Bunların hamısı "Washington Post"un saxta xəbərləridir. Onlar bunu sadəcə uydurdular".
 

Müşavir aydınlaşdırıb ki, gələcək komandanın bütün xarici siyasət addımları yalnız Trampın uğurla ABŞ prezidenti seçiləcəyi təqdirdə hazırlanacaq.
 

Miller, Trampın seçkiqabağı çıxışlarında mütəmadi olaraq Ukrayna mövzusunu qaldırması, qan tökülməsinə son qoyulmasını və böhranın həlli yolunun tapılmasını tələb etməsi ilə razılaşıb.



Əzizə
Sfera.az

Seçilən
260
9
sfera.az

10Mənbələr