AZ

İranda Novruz çərşənbəsində 26 nəfər öldü

İranda Novruz çərşənbəsi mərasimlərində 26 nəfər ölüb, daha 4 360 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, paytaxtın 2 sakini ölüb.

Vətəndaşlar əsasən tonqalın üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.

Seçilən
167
13
axar.az

10Mənbələr