İranda Novruz Çərşənbəsi mərasimlərində 26 nəfər ölüb, 4 min 360 nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 sakin həyatını itirib.
Vətəndaşlar əsasən tonqalın üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.