AZ

"Türkiyədən böyük qonorar təklif etdilər, razılaşmadım"

Aktyor Elməddin Cəfərova Türkiyədə filmə çəkilmək üçün böyük məbləğdə qonorar təklif edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb.

O, gələn təklifi qəbul etmədiyini açıqlayıb:

"Bir ara Türkiyədən çox film təkliflər gəldi, amma sonra pandemiya oldu. Heç evdən çölə çıxa bilmirdik, qaldı ki, Türkiyəyə gedək. Ötən yay isə Türkiyənin "İzey yapım" şirkətindən və başqa bir təklif isə Azərbaycandan gəldi. Möhtəşəm heyət idi, bir az radikal qərar verdim, istəmədim çəkilim. Türkiyədən çox böyük məbləğdə pul təklif etmişdilər, razılaşmadım. Heç vaxt bu qədər qonorar təklif etməmişdilər. Getmək istəmədim, çünki çəkililşlər 2-3 ay davam edəcəkdi. O qədər qalmaq istəmədim. Ondan əvvəl 1-2 ay qalmışdım, çox sıxıldım, darıxırdım. İkinci vətənimizdir, amma Azərbaycanda daha rahatam. Ölkəmizdəki layihədə də çəkilmədim. İnşallah, yayda Türkiyəyə gedəcəyəm. Büdcəmə çox ziyan dəydi, amma bəzi şeylər mənim üçün maliyyədən daha ötədir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
123
29
milli.az

10Mənbələr