AZ

Eşşəyə aktyordan daha çox qonorar verildi - Azərbaycanda

Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.

Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.

Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.

Üstlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət eləmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.

Bu filmdə aktyorlara gündəlik 7 manat,  “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.

Eyni hal “7 oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb.  “Dədə Qorqud” filmində  Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış. Çünki heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirirdi.


 

Seçilən
216
4
lent.az

10Mənbələr