AZ

Çempionlar Liqasında bonus kimə qismət olacaq?

2024/25 mövsümündə Çempionlar Liqasında iki ölkə beş klubla mübarizə aparacaq. Bu, formatdakı dəyişikliklər sayəsində mümkün olub. Avrokubokların 1/4 final mərhələsindən əvvəl hansı ölkənin beş klubla iştirak etmək şansının necə olduğuna baxaq.

Xatırladaq ki, əvvəllər UEFA əmsalına görə ilk 4 liqa 1-4-cü yerləri tutan komandalarla təmsil edilirdi. İngiltərə, İspaniya, İtaliya və Almaniya indi də bu fürsətə sahibdirlər. Ancaq beşinci klubun iştirakı son mövsümün nəticələrindən asılıdır. Bu səbədən də cari mövsümdə göstərilən nəticələr həlledicidir. Məhz son mövsümün göstəricilərinə əsasən daha iki ölkəyə bonus verilir.

Bu qaydanın tətbiqindən sonra bir şeyi söyləmək olar ki, iki bonus yerin sahibi ilk 5 liqadan olacaq, çünki son illərdə yalnız bir dəfə 5 liqadan olmayan ölkə, mövsümi reytinqə görə ilk iki yerdən birini tutub. Bu uğura 2021/22 mövsümündə Niderland imza atıb.

Digər bir statistikaya inansaq, ilk iki yerdən birinin sahibi İngiltərə olmalıdır, çünki onlar son yeddi mövsümün altısında ümumi xallara görə ilk iki yerdən birində qərarlaşıblar.

Hazırda 1/4 final matçları öncəsi əmsal baxımından ilk 5-lik belə vəziyyətdədir:

İtaliya: dörd komandası qalıb. Onlardan biri mütləq Avropa liqasının yarımfinalında oynayacaq, biri isə mütləq mübarizədən kənarda qalacaq. Belə ki, “Milan” və “Roma” ¼ finalda üz-üzə gəlməlidir. “Atalanta”nın “Liverpul”la matçlarda şansı minimaldır. Konfrans Liqasında “Fiorentina” “Viktoriya”nı keçib, finala qədər yüksəlməlidir. Çempionlar Liqasında komanda qalmayıb.

Almaniya: üç komandası qalıb. Çempionlar liqasında nə olacağı bəlli deyil. “Bayern”in “Arsenal”la , “Borussiya”nın da “Atletiko” ilə şansları demək olar ki, bərabərdir. Avropa Liqasında “Bayer” üçün “Vest Hem” ilə qarşıdurma asan olmayacaq.

İngiltərə: beş komandası var. “Mançester Siti” “Real”la oyunlarda favoritdir, “Arsenal” və “Bayern”in Çempionlar Liqasında şansları bərabərdir. “Liverpul” Avropa Liqasını qazanmağa  əsas namizəddir və “Atalanta” səddini keçməlidir. “Vest Hem”in rəqibi “Bayer”dir. “Aston Villa” da Konfrans Liqasında əsas favoritdir.

Fransa: hər turnirdə biri olmaqla üç komandası qalıb: Çempionlar Liqasında PSJ-nin “Barselona”nı məğlub etmək şansı var, Avropa Liqasında Marsel “Olimpik”i “Benfika”ya qarşı oyunlarda eyni şansa malikdir. Konfrans Liqasında isə “Lill”in işi çətindir – rəqib “Aston Villa”dır.

İspaniya: üç komandası qalıb. Hamısı da Çempionla Liqasındadır. Bu turnirdə isə xal qazanmaq çox çətindir. “Real” və “Barselona”nın “Mançester Siti” və PSJ-yə qarşı şansları artıq deyil. “Atletiko” isə Dortmund “Borussiya”sı ilə oyunlarda cüzi də olsa, şanslı görünür.

Bütün bunlara nəzər saldıqdan sonra nəticələr belə forma alır:

İspanların ikinci yerə çıxmaq şansı faktiki olaraq yoxdur – hər üç komanda xal qazanmağın ən çətin olduğu Çempionlar Liqasında qalıb. İlk baxışdan Fransanın işinin bir az asan olduğu görünsə də, indiki xal fərqinin çox olması hər şeyi həll edə bilər. Almaniyanın Çempionlar Liqasında iki komandası var, Avropa Liqasında isə “Bayer”in rəqibi çətin “Vest Hem” komandası olacaq.

İngiltərənin vəziyyəti çox yaxşı görünür. Müxtəlif turnirlərdə olmaqla, ən azı üç klub növbəti mərhələyə vəsiqə qazanmalıdır. Avropa Liqası və Konfrans Liqasında “Liverpul” və “Aston Villa” ümumiyyətlə əsas favoritlərdir, bu səbəbdən də onlar çoxlu xal qazanmalıdır. İngiltərə ikinci yerə Almaniyadan daha yaxındır.

Nəhayət, lider İtaliya, klublarının yarısını itirsə də, böyük ehtimalla, bonusu qazana biləcək. ¼ final mərhələsində italyan cütlüyünə görə xalsız qalmayacaq, “Fiorentina” isə  Konfrans Liqasında kömək edəcək. Xal fərqi indi kifayət qədər yaxşıdır. Həm də iki əsas rəqib (İngiltərə və Almaniya) ¼ finalda iki qarşıdurmada üz-üzə gələcək – və kimsə mütləq mübarizədən kənarlaşdırılacaq.

Bu isə “Opta”nın analitiki Nik Makkeyın versiyasıdır.

blank

ABBAS

Seçilən
195
31
futbolinfo.az

10Mənbələr