AZ

Çempionlar Liqasını qazana biləcək favorit klubun adı açıqlandı

UEFA Çempionlar Liqasının 1/4 və yarımfinal mərhələsinin püşkatmasından sonra çempionatın favoriti müəyyənləşib.Metbuat.az xəbər verir ki, püşkatmadan öncə də favorit olan “Mançester Siti” yenə çempionluğa ən güclü namizəd kimi göstərilib. “Opta” məlumatlarına görə, son çempion "Mançester Siti"nin bu mövsüm çempion olma ehtimalı 29,46 faiz olaraq təyin olunub. Püşkatmaya qədər isə Premyer Liqa komandasının əmsalı 32,48 faiz idi. Nəhənglər Liqasında çempionluğa ikinci ən güclü namizəd PSJ göstərilib. Dörddəbir finalda “Barselona” ilə qarşılaşacaq PSJ-nin Çempionlar Liqasını qazanma ehtimalı 16,5 faiz olaraq təyin olunub. Püşkatmadan əvvəl PSJ-nin əmsalı 11,96 faiz göstərilirdi. Çempionlar Liqasını ən çox qazanan “Real Madrid” üçüncü favoritdir.“Real Madrid”in Çempionlar Liqasını qazanma ehtimalı 13,06 faiz olaraq müəyyən edilib.Püşkatmadan əvvəl Real Madridin əmsalı 17 faiz idi. “Opta”nın məlumatlarına görə Çempionlar Liqasında favoritlər aşağıdakılardır: “Mançester Siti” – 29,46 faiz PSJ - 16,15 faiz “Real Madrid” - 13,06 faiz “Arsenal” – 10,92 faiz "Bavariya" - 9,39 faiz "Borussiya Dortmund" - 7,86 faiz “Barselona” – 7,11 faiz

“Atletiko Madrid” - 6,05 faiz

Seçilən
221
31
metbuat.az

10Mənbələr