AZ

Lavrov: Ukrayna ilə bağlı danışıqlara hazırıq

Rusiya Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır. Lakin bu d Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi “sülh formuluna” uyğun aparıla bilməz.

Bakupost.az mk.ru-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirliyinin saytında qeyd olunur ki, Lavrov ölkəsinin bu mövqeyini Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşdə ifadə edib.

Xarici işlər naziri xatırladıb ki, Kiyev əvvəlcə Rusiya prezidenti Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü haqqında qanunu ləğv etməlidir. Ukrayna Rusiyanın legitim maraqlarını da nəzərə almalıdır.

Zaur, BakuPost
Seçilən
247
15
bakupost.az

10Mənbələr