Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçdə keçirilməsi planlaşdırılan sülh sammitinin Rusiyanın iştirakı olmadan və onun bəzi əsasları dəyişdirilmədən uğurlu ola bilməyəcəyini bəyan edib.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın \"İzvestiya” qəzetinə müsahibə verib.
Lavrov martın 22-də Moskva vilayətində konsert salonunda törədilən terror aktından sonra Qərb ölkələrinin bəyanatlarını dəyərləndirib.
Lavrov açıqlamasında bildirib:
\"Qərb hər kəsi inandırmağa çalışır ki, hücumun arxasında İŞİD dayanır və heç kimdən, xüsusən də Ukraynadan şübhələnməyin mənası yoxdur. Onlar deyirlər ki, Ukrayna bu işə qarışmayıb. Dəfələrlə demişik ki, yekun nəticə çıxarmazdan əvvəl istintaqın tamamlanmasını gözləyəcəyik. Komandalar hələ də sübutlar üzərində işləyirlər. Amma biz açıq-aydın nəzəriyyələri də nəzərdən qaçıra bilmərik”.
Lavrov Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım da daxil olmaqla, zəbt etdiyi ərazilərdən çıxarılmasını və 1991-ci ildə Ukraynanın postsovet sərhədlərinin bərpasını ehtiva edən planın müddəalarının qəbuledilməz olduğunu vurğulayıb.
Lavrov bildirib ki, digər tərəfdən Zelenski Rusiya ilə sülh planından başqa istənilən əsasda danışıqlara qarşıdır:
\"Biz istənilən vəziyyətdə danışıqlara hazırıq, lakin Ukrayna Pezidenti Volodimir Zelenskinin sülh formulu axtarışında deyil”.
Nəzrin