AZ

“Bir toydan 70 min manat pul qazandım”

"Gözümü açandan və bu sənətə gələndən hər zaman pul qazanmışam. Mənim toylarım bir fərqli olub. Mən hər dəvət aldığım məclisə getmirdim. Əgər məni qonorar baxımından razı sala bilirdilərsə, o zaman toya gedirdim".



Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Kazımova "Space maqazin" verilişinə müsahibəsində deyib.Sənətçi bildirib ki, bir toydan 70 min manat qonorar alıb:"Mən çox "yaxşı" qiymətə toya getmişəm. Bütün musiqiçilərdən bilir ki, mən "dəhşət" pul qazanmışam. Bir toyda oxudum orada mənə 70 min manat pul verdilər. 7 "paçka" 100 manatlıq əskinası çantamın içinə qoydular. Həmin vaxt mən sevinmədim. Çünki mənə hüzur lazımdır. Pulları mənim çantama qoyanda istədim onları qoyum kənara rəfiqəm o an mənə söylədi ki, "Seva dəymə o pullara, qoy qalsın".

Seçilən
163
18
yenilik.az

10Mənbələr