"Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir" - Xalq artisti
"Bu konsertdən çıxıb toya getməliyəm. Bir nəfər toyuna çağırıb. Bütün müğənnilərə pul verib toyuna oxumağa dəvət edib. Mənə deyir, həm gəl oxu, həm də pul yazdır. Dəvətnamə göndərib".
Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Gülyanaq Məmmədova Mahnı Teatrındakı konsertdə çıxışı zamanı səsləndirib.
Onun zarafatla səsləndirdiyi bu fikir tamaşaçıların gülüşünə səbəb olub.