AZ

Dünyanın ən çirkli havası olan şəhərləri – Bakı neçənci yerdədir?

2023-cü ildə dünya üzrə yalnız 10 ölkə və ərazidə havanı çirkləndirən PM2.5 (hissəciklərin diametri 2,5 mikrona qədər olan atmosfer çirkləndiriciləri) qlobal sağlamlıq standartlarına cavab verən səviyyələrə malik olub.

Bu barədə İsveçrənin IQAir tədqiqat təşkilatının havanın keyfiyyətinə dair illik hesabatında qeyd olunub.

134 ölkə və 7812 şəhərdə havanın çirklənmə səviyyəsi qiymətləndirilib. Havanın çirklənməsi bütün dünyada hər 9 ölümdən birinin səbəbidir və insan sağlamlığı üçün ən əhəmiyyətli ekoloji təhlükədir.

Yüksək səviyyədə PM2.5 ilə təhrik edilən xəstəliklər arasında astma, xərçəng, insult və ağciyər xəstəlikləri var. IQAir 2023-cü ildə ən təmiz havanın Fransız Polineziyasında olduğunu təxmin edir. Hava həmçinin Mavriki, İslandiya, Qrenada, Bermud adaları, Yeni Zelandiya, Avstraliya, Puerto Riko, Estoniya və Finlandiyada da standartlara cavab verir. Məlumata görə, ən çirkli havaya malik ölkə Banqladeşdir, burada PM2.5 səviyyələri təhlükəsiz səviyyədən 10 dəfədən çox yüksəkdir.

Bakıya gəlincə, Azərbaycanın paytaxtı 7812 şəhər arasında 1279-cu yeri tutub. Çirklilik göstəricisi ötən il 18.8, 2022-də 18.9, 2021-də isə 17.6 olub.

Ermənistanın paytaxtı İrəvan 7812 şəhər arasında 780-ci yerdə qərarlaşıb. Çirklilik keçən il 26.4, 2022-də 31.4, 2021-də isə 33.9 təşkil edib. Gürcüstanın paytaxtı Tiflis isə 7812 şəhərdən 1658-cisi olub. 2023-cü ildə çirklilik göstəricisi 15.5, 2022-də 16.3, 2021-də isə 20.4 səviyyəsində olub.

Seçilən
155
43
banker.az

10Mənbələr