AZ

Azərbaycanda taksilər üçün ən populyar maşınlar – REYTİNQ

Martın 22-si Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.

Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.

“Maxim” taksi xidməti bu bayram münasibəti ilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.

Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə Opel Astra və Toyota Prius yüksəlib. “Maxim” sifariş xidmətindən faydalanan sürücülər arasında həmin maşınların payı, demək olar ki, bərabərdir – rəqəmlər müvafiq olaraq 12,6% və 12,3%-dir.

Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: Mercedes C-class, Mercedes E-class və Mercedes-Benz 220. Sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir.

Populyar avtomobillərin tam reytinqi bu cürdür:
Opel Astra – 13%

Toyota Prius – 12%

Mercedes C-class –  5%

KIA Rio – 4%

Mercedes E-class – 3%

Toyota Corolla – 3%

KIA Ceed – 2%

Mercedes-Benz 220 – 2%

Chevrolet Cruze – 2%

Seçilən
194
43
banker.az

10Mənbələr